• Bu gün, 19:00

İki avtobusun toqquşması zamanı xəsarət alanların son durumu

İki avtobusun toqquşması zamanı xəsarət alanların son durumu © sabirabadxeber.az
Şrift ölçüsü:

Dünən iki avtobusun toqquşması zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

TƏBİB-dən "Sabirabadxəbər"ə bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan 1972-ci il təvəllüdlü qadının müalicəsi Travmatologiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.

Bundan əlavə, Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan iki kişinin müalicəsi müvafiq olaraq Neyrocərrahiyyə və Torakal cərrahiyyə şöbələrində davam etdirilir. Onların da vəziyyəti stabildir. Bildirilib ki, digər 7 nəfər müalicə olunduqdan sonra evə buraxılıb.

Qeyd edək ki, dünən Bakı şəhəri, Xəzər rayonu, Binə Savxoz ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Sabunçu Tibb Mərkəzinə 13 nəfər (7 kişi, 6 qadın), Kliniki Tibbi Mərkəzə isə 9 nəfər (kişi) hospitalizasiya olunub. Daha sonravəziyyəti qənaətbəxş qiymətləndirilən digər 12 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva