• Bu gün, 17:17

Vilayət Eyvazov Sumqayıtda qəbul keçirəcək

Vilayət Eyvazov Sumqayıtda qəbul keçirəcək © sabirabadxeber.az
Şrift ölçüsü:

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 1-də Sumqayıt şəhərində növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

“Sabirabadxəbər” xəbər verir ki, qəbula yazılmaq istəyən şəhər sakinləri Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 31.08.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin “E-Polis” mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı sentyabrın 1-də saat 08:00-da DİN Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən hərbi hissəsində keçiriləcək.

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva