• 28.04.2026 » 12:57

Nazir Vilayət Eyvazov İmişlidə vətəndaşları qəbul edəcək

Nazir Vilayət Eyvazov İmişlidə vətəndaşları qəbul edəcək © sabirabadxeber.az
Şrift ölçüsü:

İmişlidə vətəndaş qəbulu və gənclərin sıra baxışı olacaqdır 


"Sabirabadxəbər" xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov mayın 7-də İmişli rayonunda növbəti vətəndaş qəbulu, eləcə də polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.


📍 Qəbul İmişli Rayon Polis Şöbəsində olacaqdır. İmişli, Füzuli, Beyləqan, Xocavənd, Saatlı, Sabirabad və Kürdəmir rayonlarının sakinləri qəbulda iştirak edə bilərlər.


📝 Qəbula yazılmaq istəyən vətəndaşlar 06.05.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, həmçinin E-Polis mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı və sosial şəbəkə səhifələri vasitəsilə müraciət edə bilərlər.


✔️Polis orqanları və daxili qoşunlarda xidmət etmək istəyən namizədlərin sıra baxışı isə mayın 7-də saat 08:00-da İmişli Olimpiya İdman Kompleksində keçiriləcək.


✅Qəbula və sıra baxışına gələn şəxslərdən şəxsiyyət vəsiqəsi tələb olunur.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva