İmişlidə vətəndaş qəbulu və gənclərin sıra baxışı olacaqdır
"Sabirabadxəbər" xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov mayın 7-də İmişli rayonunda növbəti vətəndaş qəbulu, eləcə də polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
📍 Qəbul İmişli Rayon Polis Şöbəsində olacaqdır. İmişli, Füzuli, Beyləqan, Xocavənd, Saatlı, Sabirabad və Kürdəmir rayonlarının sakinləri qəbulda iştirak edə bilərlər.
📝 Qəbula yazılmaq istəyən vətəndaşlar 06.05.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, həmçinin E-Polis mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı və sosial şəbəkə səhifələri vasitəsilə müraciət edə bilərlər.
✔️Polis orqanları və daxili qoşunlarda xidmət etmək istəyən namizədlərin sıra baxışı isə mayın 7-də saat 08:00-da İmişli Olimpiya İdman Kompleksində keçiriləcək.
✅Qəbula və sıra baxışına gələn şəxslərdən şəxsiyyət vəsiqəsi tələb olunur.