• 22.08.2026 » 09:40

Nəriman Axundzadə “Qalatasaray”la oyunda sarı vərəqə aldı

Nəriman Axundzadə “Qalatasaray”la oyunda sarı vərəqə aldı © sabirabadxeber.az
Şrift ölçüsü:

Türkiyə Super Liqasının 2-ci turunda “Qalatasaray” səfərdə “Ərzurumspor”u 4:0 hesabı ilə məğlub edib.

“Sabirabadxəbər” xəbər verir ki, İstanbul təmsilçisinin qələbə qollarını Roland Sallai, Yunus Akgün və Viktor Osimhen vurub.

Sallai 12-ci dəqiqədə hesabı açıb, Yunus Akgün 20-ci dəqiqədə fərqi iki topa çatdırıb. Osimhen isə ilk hissənin son dəqiqəsində və 80-ci dəqiqədə fərqlənərək dubl edib.

Matçda “Ərzurumspor”un azərbaycanlı futbolçusu Nəriman Axundzadə də meydana çıxıb. Hücumçu qarşılaşmanın 84-cü dəqiqəsində sarı vərəqə alıb.

Bu qələbədən sonra Okan Burukun komandası xallarını 4-ə çatdırıb. Liqaya yeni yüksələn “Ərzurumspor” isə ikinci turdan sonra xalsız qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva