• 19.08.2026 » 14:03

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə “Şəhərdən kəndə mədəniyyət karvanı” adlı layihəyə start verilir.

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə “Şəhərdən kəndə mədəniyyət karvanı” adlı layihəyə start verilir. © sabirabadxeber.az
Şrift ölçüsü:
Mil-Muğan regionunda yeni layihə başlayır
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə “Şəhərdən kəndə mədəniyyət karvanı” adlı layihəyə start verilir.
Layihə regionlarda mədəni həyatın inkişafına töhfə vermək, kəndlərdə yaşayan əhali üçün mədəni xidmətlərin əlçatanlığını artırmaq, kənd mədəniyyət müəssisələrinin fəaliyyətini canlandırmaq və kənd sakinlərinin asudə vaxtının səmərəli təşkilini təmin etmək məqsədi daşıyır.
Mil-Muğan regionunun kənd və qəsəbələrini əhatə edən layihə çərçivəsində konsert proqramları və müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, master-klasların keçirilməsi, səyyar kitabxana xidmətlərinin göstərilməsi, kitab sərgiləri və təqdimatların təşkil edilməsi, kino nümayişlərinin həyata keçirilməsi, eləcə də yerli sənətkarların yaradıcılığının təqdim olunması nəzərdə tutulur.
Layihənin avqust ayı üçün keçirilməsi nəzərədə tutulan tədbirlərini təqdim edirik:
SABİRABAD RAYONU
1. Qaralar kənd folklor evi – Konsert proqramı
📅 21.08.2026 | 🕚 11:00
2. Yeni Güdəcühür qəsəbə Klub-İcma Mərkəzi – Konsert proqramı
📅 27.08.2026 | 🕔 17:00
SAATLI RAYONU
1. Hacıqasımlı kənd klubu – Kino nümayişi
📅 22.08.2026 | 🕚 11:00
2. Nəsimikənd kənd folklor evi – Kino nümayişi
📅 29.08.2026 | 🕚 11:00
İMİŞLİ RAYONU
1. Qaralar kənd klubu – Kino nümayişi
📅 20.08.2026 | 🕙 10:00
2. Qaraqaşlı kənd klubu – Kino nümayişi
📅 25.08.2026 | 🕦 11:30
3. Bəhrəmtəpə qəsəbə diyarşünaslıq klubu – Konsert proqramı
📅 27.08.2026 | 🕔 17:00
BEYLƏQAN RAYONU
1. Birinci Şahsevən kənd diyarşünaslıq evi – Konsert proqramı
📅 21.08.2026 | 🕕 18:00
2. Aşıqalılar kənd diyarşünaslıq evi – Kino nümayişi
📅 25.08.2026 | 🕕 18:00
3. Örənqala qəsəbə diyarşünaslıq evi – Konsert proqramı
📅 25.08.2026 | 🕕 18:00

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva