• Dünən, 16:47

Qubada yük və minik avtomobilləri toqquşdu - Xəsarət alan 5 nəfərin son durumu

Qubada yük və minik avtomobilləri toqquşdu - Xəsarət alan 5 nəfərin son durumu © sabirabadxeber.az
Şrift ölçüsü:

Quba rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Sabirabadxəbər" xəbər verir ki, hadisə avqustun 17-si saat 14 radələrində Bakı–Quba yolunun rayonun Pirvahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili ilə “İveco” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (2 kişi, 3 qadın) 17.08.2026-cı il tarixində saat 14:50 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə "Sabirabadxəbər"ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva