• Bu gün, 09:00

Azərbaycan millisi dünya ikincisi oldu

Azərbaycan millisi dünya ikincisi oldu © sabirabadxeber.az
Şrift ölçüsü:

Bakıda keçirilən U17 dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

"Sabirabadxəbər" xəbər verir ki, 3 gümüş və 3 bürünc medal qazanan millimiz 107 xal toplayaraq komanda hesabında dünya ikincisi olub. Rusiya (127) birinci, İran (96) isə üçüncü yeri tutub.

Xatırladaq ki, böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkəzov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva