• Bu gün, 09:05

Sabirabadda Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş intellektual yarış keçirilib

Sabirabadda Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş intellektual yarış keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:
🟢 Sabirabad rayonunda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü münasibətilə intellektual yarış keçirilib.
📆 Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin və “Sabirabad Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü münasibətilə intellektual yarış keçirilib.
🧠 Yarışın əsas məqsədi iştirakçıların Gənclər və İdman Nazirliyinin fəaliyyəti, ölkəmizdə həyata keçirilən gənclər siyasəti, idman sahəsində əldə olunan nailiyyətlər və ümumi dünyagörüşü üzrə biliklərinin artırılması, eyni zamanda onların məntiqi düşünmə və komanda işi bacarıqlarının inkişaf etdirilməsi olub.
🇦🇿 Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 1994-cü il iyulun 26-da Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə yaradılıb və bu il Nazirliyin yaradılmasının 32-ci ildönümü qeyd olunur.
Yarışın yekun nəticələrinə əsasən:
🥇 “Dominantlar” komandası – I yer
🥈 “Zirvə” komandası – II yer
🥉 “Legends” komandası – III yer
🏆 Qalib komandalar diplom və hədiyyələrlə təltif ediliblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva