• 21.07.2026 » 15:56

Şamaxını iki rayonla birləşdirən yeganə yol çökdü - FOTOLAR

Şamaxını iki rayonla birləşdirən yeganə yol çökdü - FOTOLAR © sabirabadxeber.az
Şrift ölçüsü:

Şamaxı rayonunda avtomobil yolu çöküb.

"Sabirabadxəbər" xəbər verir ki, hadisə Şamaxı rayonunu Kürdəmir və Hacıqabul rayonları ilə birləşdirən yolda baş verib.

Şamaxı-Göylər-Padarçöl-Hacıqabul avtomobil yolunun Göylər qəsəbəsi ərazisindən keçən hissəsi bir neçə yerdən çöküb. Avtomobil yolunun bir hissəsi tam yararsız vəziyyətə düşüb. Yolda avtomobillərin hərəkəti çətinləşib.

Xatırladaq ki, sözügedən yol 2017-ci ildə əsaslı təmir olunub. 2019-cu ildə yol yenidən yararsız vəziyyətə düşüb və təmir işləri aparılıb. Son günlər yağan aramsız yağışlar nəticəsində isə yolun bir hissəsi tam çöküb.

Qeyd edək ki, sözügedən magistral Şamaxı rayonunu ilə Hacıqabul və Kürdəmir rayonlarını birləşdirən yeganə yoldur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva