• 16.07.2026 » 15:19

Bakı-Balakən qatarına bilet alanların nəzərinə!

Bakı-Balakən qatarına bilet alanların nəzərinə! © sabirabadxeber.az
Şrift ölçüsü:

Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti nəticəsində Qax-Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bu barədə “Sabirabadxəbər”ə Azərbaycan Dəmir Yollarının Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təhlükəsizlik məqsədilə 1 avqust tarixinə qədər Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.

Yolun təm bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 1 avqustdan Bakı-Balakən-Bakı reysləri müvəqqəti dayandırılacaq.

Bu marşrut üzrə 1-13 avqust tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam şəkildə qaytarılacaq.

Mövzu ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva