Şrift ölçüsü:
Çap et
🟢Sabirabad rayonunda gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində tədbir keçirilib.
📆Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclərin asudə vaxtının səmərəli təşkili, onların sosial fəallığının artırılması və sağlam ünsiyyət mühitinin formalaşdırılması məqsədilə açıq havada asudə vaxt tədbiri təşkil olunub.
⏳Tədbir çərçivəsində gənclər bir araya gələrək səmərəli asudə vaxt keçiriblər. Onlar açıq havada voleybol oynayıb, müxtəlif komanda oyunlarında iştirak edib, səmimi söhbətlər apararaq xoş vaxt keçiriblər. Tədbir iştirakçılar arasında ünsiyyətin güclənməsinə, komanda ruhunun formalaşmasına və sağlam həyat tərzinin təşviqinə töhfə verib.
Kopyalandı








