Şrift ölçüsü:
Çap et
🟢Beyləqan rayonunda gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində tədbir keçirilib.
📆Mil-Muğan Regional Gənclər və İdman İdasinin Beyləqan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə gənclərin asudə vaxtının səmərəli təşkili, onların sosial fəallığının artırılması və sağlam ünsiyyət mühitinin formalaşdırılması məqsədilə açıq havada asudə vaxt tədbiri təşkil olunub.
⏳Tədbir çərçivəsində gənclər bir araya gələrək səmimi söhbətlər aparıb, musiqi ifa edərək müxtəlif mövzular ətrafında fikir mübadiləsi ediblər. Görüş iştirakçıların bir-biri ilə ünsiyyətinin möhkəmlənməsinə, komanda ruhunun güclənməsinə və asudə vaxtlarının faydalı şəkildə dəyərləndirilməsinə töhfə verib.
Kopyalandı







