Şrift ölçüsü:
Çap et
🟢 Sabirabadda “Ailə dəyərləri və erkən nikahın sosial nəticələri” adlı maarifləndirici tədbir keçirilib.
📆 Mil-Muğan Regional Gənclər və İdman İdarəsi, AR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsi və Sabirabad Gənclər Evinin birgə təşkilatçılığı ilə “Ailə dəyərləri və erkən nikahın sosial nəticələri” adlı maarifləndirici tədbir keçirilib.
🔊Tədbirdə ailə institutunun cəmiyyət üçün əhəmiyyəti, sağlam ailə münasibətlərinin formalaşdırılması, qarşılıqlı hörmət və məsuliyyət prinsipləri, həmçinin erkən nikahın təhsil, sağlamlıq, sosial inkişaf və gələcək karyera imkanlarına mənfi təsirləri barədə iştirakçılarla ətraflı fikir mübadiləsi aparılıb.
📝Çıxışlarda qeyd olunub ki, gənclərin öz potensiallarını reallaşdırmaları, keyfiyyətli təhsil almaları və gələcəklərini düzgün planlaşdırmaları cəmiyyətin davamlı inkişafının əsas amillərindəndir. Bu baxımdan erkən nikahların qarşısının alınması, ailə dəyərlərinin təbliği və gənclərin maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
✔️Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb və gənclər ailə dəyərlərinin qorunması, sağlam həyat tərzinin təşviqi və gələcəklə bağlı düzgün qərarlar qəbul etməyin vacibliyi istiqamətində maarifləndirilib.
Kopyalandı








