"Sabirabadxəbər" xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində “Dini maarifləndirmə və gənclərlə iş” mövzusunda təlim layihəsi keçirilib.
Təlimdə Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, eləcə də regionda fəaliyyət göstərən Gənclər evlərinin nümayəndələri iştirak ediblər. Layihə çərçivəsində iştirakçılara dini maarifləndirmə istiqamətində düzgün yanaşmalar, gənclərlə işin effektiv təşkili və bu sahədə müasir metodların tətbiqi ilə bağlı ətraflı məlumat verilib.
Təlim zamanı interaktiv müzakirələr aparılıb, iştirakçıların mövzu ilə bağlı fikir mübadiləsi aparmasına şərait yaradılıb. Belə layihələrin həyata keçirilməsi gənclər arasında sağlam düşüncə tərzinin formalaşdırılması və dini radikalizmin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.




