• 07.07.2026 » 13:30

Müəllimlərin geyimi ilə bağlı hüquqi əsas yaradılır

Müəllimlərin geyimi ilə bağlı hüquqi əsas yaradılır © sabirabadxeber.az
Şrift ölçüsü:

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır.

"Sabirabadxəbər" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklik dövlət ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbit edilməsini nəzərdə tutur.

Beləliklə, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərin əsas məqsədi dövlət ümumi təhsil müəssisələrində vahid idarəetmə yanaşmasının möhkəmləndirilməsi, təşkilati mədəniyyətin inkişaf etdirilməsi, məktəbdaxili nizam-intizamın daha da gücləndirilməsi, peşəkar iş mühitinin formalaşdırılması və təhsil prosesinin bütün iştirakçıları üçün daha səmərəli şəraitin yaradılmasıdır.

Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva