Şrift ölçüsü:
Çap et
Sabirabad rayonunda açıq qapı günü keçirilib.
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin və Sabirabad Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə"23 İyun - Beynəlxalq Olimpiya Günü" nə həsr olunm açıq qapı günü keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin idmana marağının artırılması, sağlam həyat tərzinin təbliği və idman növlərinin tanıdılması olub.
Açıq qapı günündə sərbəst güləş, yunan-Roma güləşi, cüdo və boks bölmələrinin fəaliyyəti nümayiş etdirilib.Tədbirdə 100-ə yaxın idmançı iştirak edib.
Açıq qapı günü iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Kopyalandı















