• Bu gün, 10:05

Dünya Kubokundan sonra karyerasını bitirəcək

Dünya Kubokundan sonra karyerasını bitirəcək © sabirabadxeber.az
Şrift ölçüsü:

Xorvatiya millisinin və Milanın yarımmüdafiəçisi Luka Modriç Dünya Kubokundan sonra karyerasını başa vurmaq niyyətindədir.

"Sabirabadxəbər" xəbər verir ki, 40 yaşlı mütəxəssisin "Milan"la hazırkı müqaviləsi 30 iyunda başa çatır. Müqavilədə bir illik uzadılma seçimi də var, lakin Modriç peşəkar futboldan ayrılmaq qərarına gəlib.

Modriç 2025-ci ilin yayında "Milan"a azad agent kimi qoşulub. Ötən mövsüm o, İtaliya klubunda 37 oyunda iştirak edib, iki qol vurub və üç məhsuldar ötürmə edib. Transfermarkt onun transfer dəyərini 4 milyon avro olaraq qiymətləndirir.

Xorvatiya Dünya Kubokunun qrup mərhələsində İngiltərə, Qana və Panama ilə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva