• 06.06.2026 » 12:22

Sabirabad Gənclər Evində gənclərlə sahibkar görüşü keçirilib

Sabirabad Gənclər Evində gənclərlə sahibkar görüşü keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabad Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə həyata keçirilən “Gənclik üçün danış” layihəsi çərçivəsində növbəti görüş keçirilib.


"Sabirabadxəbər" xəbər verir ki, açılış zamanı çıxış edən Sabirabad Gənclər Evinin direktoru Rəşad Qurbanov layihənin Sabirabad Gənclər evi üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, layihənin məqsədi haqqında məlumat verərək gənclərin inkişafında təcrübə mübadiləsinin və uğur hekayələrinin mühüm rol oynadığını qeyd edib.


Layihənin bu dəfəki qonağı “Əminlər” şirkətinin qurucusu və “İlgim” ədviyyat markasının rəhbəri, yerli sahibkar Məmməd Mənsimov olub. Məmməd Mənsimov öz fəaliyyət yolu, sahibkarlıq sahəsində qazandığı təcrübələr, qarşılaşdığı çətinliklər və əldə etdiyi uğurlar barədə gənclərlə fikir mübadiləsi aparıb. Qonağımız eyni zamanda komandanın idarə edilməsi, brendlərin formalaşdırılması və rəqabət şərtləri haqqında fikirlərini gənclərlə paylaşıb. 


İnteraktiv formada keçirilən görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, gənclərə gələcək fəaliyyətlərində faydalı olacaq tövsiyələr verilib.


Tədbirin sonunda Sabirabad Gənclər Evinin direktoru Rəşad Qurbanov çıxış edərək layihəyə dəstək göstərdiyi, gənclərlə öz bilik və təcrübələrini bölüşdüyü, eləcə də uğur hekayəsini təqdim etdiyi üçün Məmməd Mənsimova təşəkkürünü bildirib.


Sonda layihədə iştirakına və xüsusi dəstəyinə görə qonağa təşəkkürnamə təqdim olunub və xatirə şəkili çəkdirilib.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva