• Dünən, 19:10

Sabirabad Peşə Liseyinin tələbələri pambıq emalı prosesi ilə yaxından tanış olublar

Sabirabad Peşə Liseyinin tələbələri pambıq emalı prosesi ilə yaxından tanış olublar © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabirabad Peşə Liseyində Bitkiçilik mütəxəssisi və Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər ixtisasları üzrə təhsil alan tələbələr APEKS AGRO MMC pambıq zavoduna tədris-ekskursiya məqsədilə səfər etmişlər.


Səfərin əsas məqsədi tələbələrin pambığın qəbulu, emalı, saxlanılması və istehsal prosesləri ilə yaxından tanış olmaları, nəzəri biliklərini praktik müşahidələrlə zənginləşdirmələri olmuşdur. Tələbələr müəssisənin fəaliyyəti, istifadə olunan müasir texnologiyalar və istehsal mərhələləri barədə ətraflı məlumat əldə etmişlər.


Bu cür ekskursiyalar tələbələrin peşə biliklərinin artırılmasına, istehsalat proseslərini yerində öyrənmələrinə və gələcək peşə fəaliyyətlərinə daha yaxşı hazırlaşmalarına mühüm töhfə verir.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva