• Dünən, 11:53

Azərbaycan millisi Maltaya qarşı

Azərbaycan millisi Maltaya qarşı © sabirabadxeber.az
Şrift ölçüsü:

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama oyununa çıxacaq.

“Sabirabadxəbər” xəbər verir ki, Ayxan Abbasovun komandası Malta ilə qarşılaşacaq.

Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, Malta isə 162-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışında 2-ci və sonuncu matçını iyunun 9-da San Marinoya qarşı keçirəcək.

5 iyun

22:00. Azərbaycan – Malta
Baş hakim: Mixali Kaprali (Macarıstan)
Sombatxey, “Haladaş” stadionu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva