Şrift ölçüsü:
Çap et
🚴♂️ Sabirabad rayonunda veloyürüş keçirilib
✔ "3 İyun - Dünya Velosiped Günü" ilə əlaqədar olaraq Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sabirabad rayonunda veloyürüş keçirilib.
Veloyürüşdə Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Həsən Həsənov və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov çıxış edərək günün əhəmiyyətinən danışmış və iştirakçılara uğurlar arzulayıblar.
🚦 Sabirabad Gənclər Evinin qarşısından başlayaraq 4 km məsafəni əhatə edən marşrut Kür və Araz çaylarının qovuşduğu məkanda başa çatmışdır. Finiş nöqtəsində yürüş iştirakçıları ilə birlikdə tədbir keçirilib.
📌 Yürüşdə 60-a yaxın həvəskar velosipedçilər, həmçinin şəhər sakinləri iştirak ediblər.
💥 Kütləvi idman tədbirinin təşkilində məqsəd velosiped idman növünün əhali arasında tanıdılması, sağlam həyat tərzinin təbliği və bu nəqliyyat vasitəsindən istifadə etməklə ətraf mühitin qorunmasıdır.
📸 Sonda iştirakçılarla birlikdə xatirə şəkli çəkdirilib.
Kopyalandı











