• 31.05.2026 » 17:00

Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək

Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək © sabirabadxeber.az
Şrift ölçüsü:

Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək.

Bu barədə "Sabirabadxəbər"ə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Tədbir çərçivəsində regional bağlantılar, ticarət, sənaye, investisiyalar, enerji təhlükəsizliyi, tranzit, süni intellekt və rəqəmsal infrastruktur məsələlərinə dair əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Hər iki ölkənin biznes dairələrinin iştirakı ilə xüsusi sessiyaların təşkili, əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva