• Dünən, 14:32

Bayram günü kabab bişirmək istəyi onlara baha başa gəldi - Xəstəxanalıq oldular

Bayram günü kabab bişirmək istəyi onlara baha başa gəldi - Xəstəxanalıq oldular © sabirabadxeber.az
Şrift ölçüsü:

Ağdaşda kabab bişirib bayram etmək istəyi ana və övladına baha başa gəlib.

"Sabirabadxəbər" in məlumatına görə, hadisə rayon mərkəzində - Nizami küçəsində yerləşən evlərdən birində baş verib. Manqal qalayıb kabab bişirmək istəyən ailə üzvləri küləkli havada ehtiyatsız şəkildə benzini manqala tökərək od vurublar.

Nəticədə benzin partlayışa səbəb olub. Hadisə zamanı 1956-cı il təvəllüdlü Əliyeva Ədalət Yunis qızı və 1978-ci il təvəllüdlü oğlu Əliyev Ərəstun Arif oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanalya yerləşdirilib

Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva