• 19.05.2026 » 17:08

Bu fakültə Şuşaya köçürülür

Bu fakültə Şuşaya köçürülür © sabirabadxeber.az
Şrift ölçüsü:

Qarabağ Universitetinin İncəsənət və turizm fakültəsi Şuşaya köçürüləcək.

“Sabirabadxəbər” xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, 1500-ə yaxın müəllim və tələbənin Şuşada daimi məskunlaşması deməkdir:

“Düşünürük ki, gənclər və tələbələr şəhərə yeni ab-hava qatacaqlar”.

A.Kərimov həmçinin Şuşa şəhərində uşaq bağçasının tikintisinin nəzərdə tutulduğunu əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva