• 18.05.2026 » 09:00

WUF13-də ikinci gün başlayır - Liderlər bəyanat verəcək

WUF13-də ikinci gün başlayır - Liderlər bəyanat verəcək © sabirabadxeber.az
Şrift ölçüsü:

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ikinci gününə start verilir.

"Sabirabadxəbər" xəbər verir ki, bu gün forum tarixində ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə Liderlər Sammiti keçiriləcək.

Beynəlxalq Forum ikinci günə rəsmi mətbuat konfransı ilə başlayacaq.

Daha sonra Regional Afrika Nazirlər Görüşü baş tutacaq.

Günün birinci yarısı Assambleyaların birgə bağlanışı ilə yekunlaşacaq.

Sonra Ümumdünya Şəhərsalma Forumunun - WUF13 ‐ açılış mərasimi keçiriləcək.

Açılış mərasiminin ardınca WUF13-də liderlərin bəyanatları olacaq.

Gün MINURVI (Latın Amerikası və Karib hövzəsi ölkələrinin Mənzil və Şəhərsalma Nazirləri və Ali Səlahiyyətli Orqanlarının Forumu) sessiyası ilə yekunlaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva