• 28.04.2026 » 15:50

Sabirabadda akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib

Sabirabadda akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabirabadda akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib


"Sabirabadxəbər" məlumat verir ki, Sabirabad rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.


Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Sabirabad rayon Mərkəzi Kitabxanasında keçirilən dəyirmi masada idarənin rəisi, mədəniyyət işçiləri və kitabxana əməkdaşları iştirak ediblər.


Tədbirdə çıxış edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev akademik Zərifə xanım Əliyevanın zəngin elmi fəaliyyəti, tibb sahəsindəki mühüm xidmətləri və mənalı həyat yolu barədə ətraflı məlumat verib. Bildirilib ki, onun oftalmologiya elminə verdiyi töhfələr, yüksək insani keyfiyyətləri və fədakar fəaliyyəti bu gün də böyük ehtiramla yad olunur.


Daha sonra çıxış edənlər Zərifə xanım Əliyevanın elmi irsindən, oftalmologiya sahəsində qazandığı uğurlardan, humanist və qayğıkeş şəxsiyyətindən bəhs edərək onun həyat və fəaliyyətinin gənc nəsil üçün örnək olduğunu vurğulayıblar.

Sonda akademikin əziz xatirəsi ehtiramla anılıb


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva