Şrift ölçüsü:
Çap et
"Sabirabadxəbər" xəbər verir ki, 24.04.2026-cı il tarixdə Biləsuvar Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nəsib Məmmədov tərəfindən şagirdlərlə maarifləndirici görüş keçirilmişdir.
Görüş zamanı polis polkovniki Nəsib Məmmədov çıxış edərək gənclərin maariflənməsinin onların təhlükəsiz həyatının təmin olunmasında mühüm rol oynadığını vurğulamış, şagirdləri məsuliyyətli davranmağa və hər hansı təhlükə ilə qarşılaşdıqları zaman hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırmışdır.
Kopyalandı












