• 22.04.2026 » 20:38

Orxan Mürsəlov Göyçayda uşaq bağçalarında olub, şəraitlə tanış olub

Orxan Mürsəlov Göyçayda uşaq bağçalarında olub, şəraitlə tanış olub © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov şəhər 2 və 11 nömrəli uşaq bağçalarında olub.

Məktəbəqədər təhsil müəssisələrində yaradılmış şəraitlə yaxından tanış olan RİH başçısı qruplarda aparılan tədris prosesi, uşaqların qidalanması və tərbiyəsi istiqamətində görülən işlərlə maraqlanıb. Müəssisə müdirləri fəaliyyətləri barədə ətraflı məlumat verərək bildiriblər ki, bağçalarda uşaqların hərtərəfli inkişafı üçün zəruri şərait yaradılıb, təlim-tərbiyə prosesi dövlət standartlarına uyğun şəkildə təşkil olunur.

Orxan Mürsəlov bağçalarda mövcud vəziyyəti ümumilikdə qənaətbəxş qiymətləndirib, eyni zamanda bəzi istiqamətlər üzrə tapşırıq və tövsiyələrini verib. O, məktəbəqədər təhsilin keyfiyyətinin artırılmasının vacibliyini vurğulayaraq uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edib.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva