• 18.04.2026 » 21:30

"Xilasedici" komandası voleybol üzrə Azərbaycan çempionu olub-Video

"Xilasedici" komandası voleybol üzrə Azərbaycan çempionu olub-Video © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" xəbər verir ki, Aprelin 18-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının final oyunu keçirilib.

Final mərhələsində "Xilasedici" və "Ordu" komandaları üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən oyunun qalibi "Xilasedici" komandası olub.

3:1 (24:26, 25:16, 27:25, 25:21) hesabı ilə qalib gələn "Xilasedici" komandası turnirin çempionu, "Ordu" isə ikinci yerin sahibi olub.

Çempion komandaya kubok və medalları, habelə 2-ci və 3-cü yeri tutmuş komandalara medalları fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Gömrük Komitəsinin sədri - Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, həmçinin digər rəsmilər təqdim ediblər



Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva