• 16.04.2026 » 20:30

Göyçayda kənd yolları təmir olunub

Göyçayda kənd yolları təmir olunub © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" xəbər verir ki , Göyçay Rayon İcra Hakimiyyəti başçısının qəbulunda səsləndirilən müraciətlərə əsasən rayonun bir neçə yaşayış məntəqəsində yol infrastrukturu ilə bağlı problemlər aradan qaldırılıb. Belə ki, Qaraməryəm, Veysəlli və Aşağı Qaraməryəm kəndlərinin avtomobil yollarında təmir işləri həyata keçirilib.

Aparılan işlər nəticəsində kənddaxili yolların hərəkət üçün yararlılığı artırılıb, sakinlərin gediş-gəlişi xeyli asanlaşıb. Görülən tədbirlər həm nəqliyyatın təhlükəsizliyinə müsbət təsir göstərib, həm də əhalinin gündəlik həyatında rahatlığı təmin edib.

Sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva