• 10.03.2026 » 10:00

Sabirabadın 75 kəndi sürətli internetlə təmin olunub

Sabirabadın 75 kəndi sürətli internetlə təmin olunub © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" xəbər verir ki, Sabirabad rayonunda son illərdə rabitə və informasiya texnologiyaları sahəsində mühüm və genişmiqyaslı işlər həyata keçirilib. Rayon ərazisində müasir rabitə infrastrukturunun qurulması, internet xidmətlərinin keyfiyyətinin artırılması və əhalinin sürətli internetə çıxış imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl layihələr icra olunub. Görülən işlər nəticəsində Sabirabad rayonunun 75 kəndi tamamilə internet xətti ilə təmin olunub və sakinlərin müasir rəqəmsal xidmətlərdən istifadə imkanları əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Bu layihələr xüsusilə kənd yerlərində yaşayan əhali üçün böyük əhəmiyyət kəsb edir. Artıq kənd sakinləri yüksək sürətli internetdən istifadə etməklə həm təhsil, həm iş, həm də gündəlik informasiya ehtiyaclarını daha rahat şəkildə təmin edə bilirlər. Şagird və tələbələr onlayn təhsil imkanlarından faydalanır, sahibkarlar isə internet vasitəsilə fəaliyyətlərini daha geniş şəkildə qurmaq imkanı əldə edirlər. Eyni zamanda dövlət xidmətlərinə elektron formada çıxış imkanları da xeyli asanlaşıb.

Rayon ərazisində rabitə sahəsində həyata keçirilən bu yeniliklər Sabirabadın sosial-iqtisadi inkişafına da müsbət təsir göstərir. Müasir texnologiyaların tətbiqi regionun inkişafına, gənclərin bilik və bacarıqlarının artırılmasına, ümumilikdə isə cəmiyyətin rəqəmsal transformasiyasına böyük töhfə verir.

Görülən bu genişmiqyaslı işlərə görə rabitə sahəsinin inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyat naziri  Rəşad Nəbiyev və Aztelecom MMC -nin Cənub Şirvan  fillialının, Sabirabad rayon şöbəsinin müdürü Qalib Qasımova və bu layihələrin həyata keçirilməsində əməyi olan hər kəsə Sabirabad rayon sakinləri adından təşəkkürümüzü bildiririk. İnanırıq ki, gələcəkdə də bu sahədə həyata keçirilən layihələr davam edəcək və rayonun bütün yaşayış məntəqələri daha müasir rabitə və internet xidmətləri ilə əhatə olunacaq.



N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva