• 15.04.2026 » 09:28

Sabirabad Xəstəxanasında tibb işçilərinin peşəkar inkişafına xüsusi diqqət

Sabirabad Xəstəxanasında tibb işçilərinin peşəkar inkişafına xüsusi diqqət © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" bildirir ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında orta tibb işçilərinin peşəkar bilik və bacarıqlarının artırılması, həmçinin mənəvi dəyərlərin gücləndirilməsi istiqamətində mütəmadi olaraq maarifləndirici dərslər və təlimlər keçirilir.


Keçirilən dərslərin əsas məqsədi orta tibb personalının peşə biliklərini artırmaq, praktiki bacarıqlarını inkişaf etdirmək və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini daha da yüksəltməkdir. Təlimlər zamanı tibb işçilərinə müasir tibbi yanaşmalar, xəstələrlə düzgün ünsiyyət, infeksiyaya nəzarət və digər vacib mövzular barədə məlumatlar verilir.


Sabirabad Rayon Mərkəzi Xəstəxanasının məqsədi əhalinin sağlamlığının qorunması, vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və tibb işçilərinin peşəkar inkişafının daim dəstəklənməsidir.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva