• 13.04.2026 » 16:40

ATM tərəfindən bölgələrdə qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir

ATM tərəfindən bölgələrdə qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər " bildirir ki, Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən respublikanın müxtəlif bölgələrində qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir. Maarifləndirmə tədbirləri çərçivəsində Bakı ilə yanaşı, Qusar, Xaçmaz, Ağstafa, Göygöl, Samux, Şəmkir, Quba, Qazax, Balakən, Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Şabran, Tovuz və Gədəbəy rayonunun sakinləri ilə görüşlər təşkil olunub.

Görüşlərin əsas məqsədi qəhvəyi mərmər bağacığının kənd təsərrüfatına vurduğu zərərin qarşısının alınması, fermerlərin bu zərərverici ilə mübarizə sahəsində bilik və bacarıqlarının artırılması, eləcə də vaxtında və düzgün tədbirlərin görülməsinə dəstək göstərməkdir.

Tədbirlər çərçivəsində mütəxəssislər qəhvəyi mərmər bağacığının yayılma xüsusiyyətləri, bitkilərə vurduğu zərər, eləcə də effektiv mübarizə üsulları barədə ətraflı məlumat veriblər. Fermerlərə aqrotexniki tədbirlərin düzgün tətbiqi izah olunub, suallar cavablandırılıb və praktik tövsiyələr təqdim edilib.

Aqrar Təlim Mərkəzi tərəfindən həyata keçirilən bu cür maarifləndirici tədbirlər regionlarda aqrar biliklərin artırılması, məhsuldarlığın qorunması və zərərvericilərə qarşı vaxtında mübarizə tədbirlərinin görülməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva