• 16.03.2026 » 13:19

Salyanda pambıq sahələrində yaz mövsümü üçün aqrotexniki təlim keçiriləcək

Salyanda pambıq sahələrində yaz mövsümü üçün aqrotexniki təlim keçiriləcək © sabirabadxeber.az
Şrift ölçüsü:

📍 Salyanda “Pambıq sahələrində yaz mövsümündə görüləcək aqrotexniki tədbirlər” mövzusunda keçiriləcək

"Sabirabadxəbər" məlumat verir ki, 

🌾 Kənd təsərrüfatında məhsuldarlığın artırılması, fermerlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən silsilə təlimlər davam edir. Bu çərçivədə növbəti təlim “Pambıq sahələrində yaz mövsümündə görüləcək aqrotexniki tədbirlər” mövzusunda keçiriləcək.


👨‍🌾 Təlim Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin Salyan Regional Təlim Mərkəzinin əməkdaşı, sahə üzrə mütəxəssis Ülvi Qədirov tərəfindən keçiriləcək. Mütəxəssis pambıq sahələrində yaz mövsümündə həyata keçirilməli olan aqrotexniki tədbirlərin düzgün tətbiqinin məhsuldarlığa təsiri barədə ətraflı məlumat verəcək.


📚 Tədbirin əsas məqsədi pambıq istehsalı ilə məşğul olan fermerləri yaz mövsümündə sahələrdə aparılmalı olan aqrotexniki tədbirlər, torpağın hazırlanması, səpinə hazırlıq, gübrələmə, suvarma və digər vacib mərhələlər barədə məlumatlandırmaqdır.


📊 Qeyd edək ki, bu cür təlimlər kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlərin maarifləndirilməsi, müasir aqrar biliklərin yayılması və sahədə səmərəliliyin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.


📅 Tarix: 18 mart 2026

⏰ Saat: 11:00

📍 Məkan : Salyan Regional Təlim Mərkəzi (Salyan r. Böyükağa Talıblı 5)



N.Quliyeva


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva