• 11.04.2026 » 10:45

Salyanlı İdmançımızdan Tarixi Uğur

Salyanlı İdmançımızdan Tarixi Uğur © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" xəbər verir ki,  Salyanlı karateçi Ləman Babayeva "Grand Prix" beynəlxalq karate turnirində parakarate üzrə II yeri 🥈 tutmuş və böyüklərin Avropa Çempionatında iştirak hüququ qazanmışdır.

📅 10 aprel 2026-cı il tarixində "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə "Grand Prix" beynəlxalq karate turniri keçirilmişdir.

Turnirdə beynəlxalq dərəcəli hakim, V Dan Qara Kəmər sahibi, karate üzrə təcrübəli məşqçi-müəllim Seymur Məmmədovun rəhbərliyi altında Salyan karateçisi Ləman Babayeva da iştirak etmiş, parakarate üzrə K10 kateqoriyasında II yeri 🥈 tutmuş və 20-24 may 2026-cı il tarixlərində Almaniyanın Frankfurt şəhərində keçiriləcək böyüklərin Avropa Çempionatında iştirak hüququ qazanmışdır.

İdmançımızı və məşqçi-müəllimini təbrik edir, keçiriləcək bu mötəbər yarışda uğurlar arzu edirik. 


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva