Göyçayda illərdir davam edən baxımsızlıq – bu problem nə vaxt həll olunacaq?
"Sabirabadxəbər" xəbər verir ki, Göyçay şəhərinin bir çox yerlərində olduğu kimi, Xurşidbanu Natəvan küçəsi ərazisində uzun müddətdir yığılıb qalan xəzəllər və tullantılar artıq ciddi narahatlıq doğurur. Fotolardan da aydın görünür ki, ərazi baxımsız vəziyyətdədir və demək olar ki, antisanitar mühit formalaşıb.
Bu hal təkcə küçənin görünüşünü korlamır, eyni zamanda:
Sakinlərin gündəlik həyatına mənfi təsir edir;
Həşərat və gəmiricilərin çoxalmasına şərait yaradır;
Yağışlı havalarda vəziyyəti daha da ağırlaşdırır.
Təəssüf ki, məsul qurum – Göyçay Şəhər Təsərrüfatı Birliyi tərəfindən bu problemə hələ də adekvat reaksiya verilmir.
Sakinlər haqlı olaraq gözləyir ki, bu məsələ nəhayət diqqətə alınsın və ərazi təmizlənsin.








