• 29.01.2026 » 15:07

"Putin Trampın bu xahişini yerinə yetirdi" - Peskov

"Putin Trampın bu xahişini yerinə yetirdi" - Peskov © sabirabadxeber.az
Şrift ölçüsü:

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putindən 1 fevrala qədər Kiyevə zərbələr endirməməyi xahiş edib və o da bununla razılaşıb.

"Sabirabadxəbər.az" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

"(ABŞ Prezidenti Donald – red.) Tramp, danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədilə 1 fevrala qədər bir həftə ərzində Kiyevə zərbə endirməmək üçün şəxsi xahişi ilə (Putinə – red.) müraciət edib", - deyə Peskov bildirib.

Putinin Trampın xahişini yerinə yetirməyə razı olub -olmadığı soruşulduqda, Peskov belə cavab verib: "Bəli, əlbəttə ki, bu, Trampın şəxsi xahişi idi".

Kremlin sözçüsü bu məsələ ilə bağlı əlavə şərh verməkdən imtina edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva