• 23.01.2026 » 22:06

Əbu-Dabidə Ukrayna, Rusiya, ABŞ nümayəndələrinin üçtərəfli görüşü başlayıb

Əbu-Dabidə Ukrayna, Rusiya, ABŞ nümayəndələrinin üçtərəfli görüşü başlayıb © sabirabadxeber.az
Şrift ölçüsü:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukrayna, Rusiya, ABŞ nümayəndələrinin üçtərəfli görüşü başlayıb.

"Report" BƏƏ Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu barədə həmin ölkənin xarici işlər naziri Abdulla bin Zaid Al Nahyan bildirib.

"Danışıqlar bu gün Əbu-Dabidə başlayıb. Cədvələ görə, onlar iki gün davam edəcək", - məlumatda deyilib.

Al Nahyan üçtərəfli dialoqun Rusiya-Ukrayna münaqişəsinin başa çatması üçün nəzərəçarpan irəliləyişə gətirib çıxaracağına ümid etdiyini bildirib.

Xatırladaq ki, Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri bu gün Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə üçtərəfli danışıqlar üçün Əbu-Dabiyə gediblər. Müharibə başlayandan bəri üç ölkənin nümayəndələri hələ üçtərəfli formatda görüşməmişdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva