• 08.04.2026 » 15:13

Biləsuvar rayonunda növbəti əmək yarmarkası keçiriləcək

Biləsuvar rayonunda növbəti əmək yarmarkası keçiriləcək © sabirabadxeber.az
Şrift ölçüsü:

Biləsuvar rayonunda növbəti əmək yarmarkası keçiriləcək.


"Sabirabadxəbər " bildirir ki , 10 aprel 2026-cı il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə Biləsuvar rayonunda növbəti əmək yarmarkası keçiriləcəkdir. Yarmarkada işsiz və işaxtaran şəxslərə 14 müəssisə tərəfindən 132 vakant iş yerləri təqdim ediləcək. 

Yarmarkaya gələn vətəndaşların şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.


Əmək yarmarkası 10 aprel 2026-cı il tarixdə saat 10:00-dan 12-30-dək Biləsuvar şəhər Mərkəzi Parkında keçiriləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva