• 07.04.2026 » 10:12

Qız oğurlandı - 4 nəfər tutuldu

Qız oğurlandı - 4 nəfər tutuldu © sabirabadxeber.az
Şrift ölçüsü:

Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə 19 yaşlı qızın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub.

"Sabirabadxəbər" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan  bildirilib ki, polis tərəfindən keçirilən tədbirlərlə xanım yeri müəyyən edilərək ailəsinə təhvil verilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri - 32 yaşlı Nemət Məmmədov, onun qardaşı 34 yaşlı İsmət Məmmədov, həmkəndliləri 38 yaşlı Elmar Abdıyev və 42 yaşlı V. Tağıyeva saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb. Onlar cinayət məsuliyyətinə cəlb olunublar.

Hazırda istintaq araşdırmaları davam etdirilir./Qafqazinfo

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva