• 06.04.2026 » 16:30

İmişlidə Ümumdünya Fiziki Aktivlik Günü qeyd olunub

İmişlidə Ümumdünya Fiziki Aktivlik Günü qeyd olunub © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" xəbər verir ki, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı, Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə təhsil sektorunun dəstəyi ilə İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta məktəbdə 6 Aprel – Ümumdünya Fiziki Aktivlik və Beynəlxalq Sülh və İnkişaf üçün İdman Günü münasibətilə tədbir təşkil olunub.

Tədbir çərçivəsində boks və kikboksinq üzrə beynəlxalq yarışların qalibi, Azərbaycan birinciliklərinin qızıl medalçısı olan məşqçi Etimat Hüseynzadə tərəfindən şagirdlər üçün fiziki tərbiyə dərsi keçirilib. Dərs zamanı şagirdlərə sağlam həyat tərzinin əhəmiyyəti, fiziki aktivliyin insan sağlamlığına müsbət təsiri barədə ətraflı məlumat verilib.

Tədbirin əsas məqsədi şagirdlər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği və fiziki aktivliyin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsinə dəstək göstərməkdən ibarət olub.



Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva