Bu rayon bələdiyyələri torpaq vergisinin həcmini yeddi dəfəyədək artırıblar
"Sabirabadxəbər" xəbər verir ki, Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə
Saatlı rayonunda formalaşan 10 bələdiyyənin büdcə gəliri 482.200 manat olub. Bu 2024-ci illə müqayisədə 2.1 dəfə çoxdur. 2024 cü ilədə 36 Saatlı bələdiyyəsinin büdcə gəliri 227.000 manat təşkil edib.
Əldə edilən gəlirin 38.1 faizi vergilərdən, 61.9 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 36.3 faizi torpaq, 1.7 faizi əmlak vergisindən daxil olub. Torpaq vergisindən daxil olan ödənişin həcmi 175.300 manat olub ki, bu əvvəl ki illə müqayisədə 6.5 dəfə artıqdır.
Saatlı bələdiyyələrinin büdcə gəlirinin 44.5 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.
Saatlı bələdiyyələri ötən il 63 min manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 31.5 faiz çox deməkdir. İl ərzində Saatlı bələdiyyələrinə 84.000 manat dotasiya ayrılıb.
Saatlı bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini 2.6 dəfə artıb.
Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 151.700 manat maliyyə vəsaiti daxil olub.
Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarətdən, mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, avtodayanacaqlardan, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən bələdiyyə büdcəsinə hər hansı vergi daxil olmayıb.
Belediyye.info
- 06.04.2026 » 11:20



