• 06.04.2026 » 10:55

Neftçala sakini saxlanıldı

Neftçala sakini saxlanıldı © sabirabadxeber.az
Şrift ölçüsü:

BDYPİ: Narkotik maddənin təsiri altında sükan arxasına keçən şəxs stasionar postda saxlanılıb

"Sabirabadxəbər" xəbər verir ki, Neftçala rayon sakini İsmayıl Hüseynov “BMW” markalı avtomobillə Ələt–Astara avtomagistralında hərəkətdə olarkən YPX Alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün davranışları şübhə doğurduğundan o, tibbi müayinəyə cəlb olunub. Müayinə nəticəsində həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.

Faktla bağlı İ.Hüseynov barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyət tədbirləri görülüb.

BDYPİ bir daha narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə etməklə günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd hərəkətlərə son qoymağı tələb edir və xəbərdarlıq edir ki, bu kimi hallara qarşı ən sərt, qətiyyətli və barışmaz tədbirlər bundan sonra da davam etdiriləcək.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva