Şrift ölçüsü:
Çap et
Bu ilin yanvar-mart ayları ərzində 20 032 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Dövlət Sosial Müdafiə Fond tərəfindən ödəniş edilib.
"Sabirabadxəbər" xəbər verir ki, bu barədə fonddan məlumat verilib.
Müavinət ödənişləri 9 265 nəfər qız, 10 767 nəfər oğlan uşağına görə aparılıb.
Qeyd edək ki, birdəfəlik ödənişin məbləği 600 manatdır.
Kopyalandı



