• 23.02.2026 » 22:50

Sosial ödəniş alanların diqqətinə!

Sosial ödəniş alanların diqqətinə! © sabirabadxeber.az
Şrift ölçüsü:

Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu dövlət büdcəsi hesabına 892 min şəxsə 175 milyon manat müavinət və Prezident təqaüdü ödəyib.

"Sabirabadxəbər.az"  verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, onlardan 485 min nəfərə müavinət olaraq 107 milyon manat, 407 min nəfərə Prezidentin təqaüdü olaraq 68 milyon manat ödəniş həyata keçirilib. Ötən ilin eyni dövrünə müavinətlər üzrə ödənilən vəsait 16 %, Prezident təqaüdləri üzrə ödənilən vəsait isə 18 % çox olub.
Yanvar ayında daha 16 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 895 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva