• 03.04.2026 » 12:37

İmişlidə yas mərasimi: şəhid ailəsinə diqqət və qayğı

İmişlidə yas mərasimi: şəhid ailəsinə diqqət və qayğı © sabirabadxeber.az
Şrift ölçüsü:

İcra başçısı Aranlı kəndində yas mərasimində iştirak edib


  "Sabirabadxəbər" xəbər verir ki,  Aprelin 2-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Vətən müharibəsi şəhidi Şaiq Teymurovun nənəsi Arifə Teymurovanın rayonun Aranlı kəndində keçirilən yas mərasimində iştirak edib. Mərasimdə icra başçısı ilə yanaşı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim zamanı icra başçısı mərhumun vəfatından kədərləndiyini bildirərək İmişli Rayon İcra Hakimiyyətinin kollektivi adından dərin hüznlə baş sağlığı verib. Eyni zamanda RİH-nin başçısı şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Şəhidimizin ailəsi dövlətimizin qayğı və diqqətini hər zaman yaxından hiss etdiyini vurğulayaraq prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

   Allah rəhmət eləsin!


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva