• 25.02.2026 » 11:20

İmişli rayon Mədəniyyət Mərkəzinin direktoru vəfat edib Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində

İmişli rayon Mədəniyyət Mərkəzinin direktoru vəfat edib  Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində © sabirabadxeber.az
Şrift ölçüsü:

İmişli rayon Mədəniyyət Mərkəzinin direktoru vəfat edib


"Sabirabadxəbər.az" xəbər verir ki, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli rayon Mədəniyyət Mərkəzinin direktoru Şirinov Sərvər Mərkəz oğlu 25 fevral 2026-ci il tarixində, 52 yaşında vəfat edib.


Sərvər Şirinov 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini “Dram teatr və kino aktyoru” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2000-ci ildə İmişli rayon Mədəniyyət Mərkəzində baş metodist vəzifəsində başlayıb, 2001-ci ildən etibarən Mərkəzin direktoru vəzifəsində çalışıb.


O, rayonun ictimai və mədəni həyatında fəal iştirak edib, səhnə fəaliyyətində yüksək peşəkarlığı ilə seçilərək bir çox obrazlara uğurla həyat verib. Sərvər Şirinov uzun illər ərzində mədəniyyətin inkişafına verdiyi töhfələrlə yadda qalıb.


Mil-Muğan Regional Mədəniyyət İdarəsinin kollektivi mərhumun vəfatından kədərləndiyini bildirir, onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.


Allah rəhmət eləsin.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva