Biləsuvarda "Nəsimi" filmi nümayiş olunub.
"Sabirabadxəbər" məlumat verir ki, 02 aprel 2026-cı il tarixdə Biləsuvar rayonunda Azərbaycan Respublikasının Xalq artisti Rasim Balayevin xatirəsini yad etmək məqsədilə "Nəsimi" filmi nümayiş olundu. Rasim Balayevin kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün də əsl sənət məktəbidir. “Ən yaxşı kişi rolu”na görə nominasiyanın qalibi olaraq, ömür boyu bir aktyorun ala biləcəklərini Rasim Balayev yalnız Nəsimi roluna görə alıb.
Görkəmli sənətkar müxtəlif ölkələrdə də ekranlaşdırılan 70 filmdə əsas rolları ifa edib. Rasim Balayev 34 yaşında artıq Azərbaycanın Xalq artisti idi.
Rasim Balayev onlarla əcnəbi filmin dublyajında da müxtəlif xarakterli obrazları səsləndirib. Azərbaycan kinosunun inkişaf edib sevilməsində mühüm rolu olan sənətkar ötən dövrdə Biləsuvar rayonuna da səfər edərək rayonda keçirilən tədbir çərçivəsində sevənləri ilə səmimi görüşdə iştirak edib.
Allahdan dəyərli sənətkara rəhmət diləyirik.









