• 02.04.2026 » 18:00

Biləsuvarda uşağı it qapdı  - Foto

Biləsuvarda uşağı it qapdı  - Foto © sabirabadxeber.az
Şrift ölçüsü:

Biləsuvar rayonunda məktəbli oğlan sahibsiz itin hücumuna məruz qalıb.

“Sabirabadxəbər” xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, 10 yaşlı Q.Y. məktəbə gedərkən yolda it ona hücum edib. Uşaq ayaq nahiyəsindən xəsarət alıb. Yaralı dərhal rayon xəstəxanasına çatdırılıb, ona zəruri tibbi yardım göstərilib və quduzluğa qarşı zərdab vurulub.

Qeyd edək ki, son vaxtlar rayonda itqapma ilə bağlı xəstəxanaya müraciət edən insanların sayının artdığı bildirilir. Martın 10-da da Biləsuvarda 1974-cü il təvəllüdlü bir kişinin əlini it qapmış, nəticədə barmağı amputasiya olunmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva